Mətbuat Şurası yeni qərarlar qəbul etdi

metbuat-surasi-yeni-qerarlar-qebul-etdi
Oxunma sayı: 1405


"Qafqazinfo"ya daxil olan məlumata görə, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya 6 məsələni araşdıraraq müvafiq rəylər çıxarıb.

İclasda “Azadlıq” qəzetində, pia.az və azerinfo.org saytlarında dərc olunan müxtəlif yazılarla bağlı daxil olmuş şikayətlərə baxılıb. 3 KİV barədə toplanmış materialların Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına göndərilməsi məqsədə müvafiq sayılıb. 

“Azad Azərbaycan Respublikası” qəzetinin baş redaktoru Elmar Əliyevin Gəncə Musiqi Kolleci rəhbərliyinə məktubu nalayiq ifadələr, hədə və təhqirlərlə dolu olduğundan mətbu nəşrə MŞ-nin sonuncu xəbərdarlığın edilməsi, məsələnin ictimailəşdirilməsi, həmçinin hüquqi müstəvidə dəyərləndirilməsi razılığına gəlinib.

Salyan Rayon İcra Hakimiyyətinin “azpolitika.az” saytı ilə bağlı şikayətinə baxılıb.  Sabirabad Dövlət Sosial İqtisadi Kolleci ilə “Dövlət və ictimai fikir” qəzeti arasında anlaşma əldə olunduğuna görə məsələ həllini tapmış sayılıb.