Mətbuat Şurasında jurnalistin əl işləri nümayiş olunub

metbuat-surasinda-jurnalistin-el-isleri-numayis-olunub
Oxunma sayı: 1552

Bu gün Azərbaycan Mətbuat Şurasında jurnalist Təbriz Vəfalının hazırladığı əl işləri nümayiş olunub.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə keçirilmiş mərasimdə çıxış edən MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov T.Vəfalını istedadlı jurnalist kimi xarakterizə edib. “Nümayiş olunan əl işlərində mövzu rəngarəngliyi özünü göstərməkdədir”.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında nümayiş olunan əl işlərinin xarakterik xüsusiyyətlərindən söz açıb.
tapmasını xarakterik məqam kimi vurğulayıb.

Jurnalist T.Vəfalı yaradıcılığına göstərilən marağa görə nümayiş iştirakçılarına təşəkkürünü bildirib.

Təbriz Vəfalının əl işləri arasında müxtəlif su quyuları, villalar, meşə və kənd evləri, kənd təsərrüfatı alətləri, qalalar, məscidlər, sandıqlar, şəkil çərçivələri, şəhid bulaqları, Atəşgah, Qız qalası, Kəbə və sair abidələr var.