Bütün mətbuat işçilərinə indi burda açıqlama vermək olar. Bir gün gördüm şofer mənə çox belə əcaib baxır. Gəldim, işdə də gördüm, lap o “Slujebnıy roman”da gördüyümüz kimi baxırlar ki, bu hardan xortduyub gəlib. Bir metro serviz vardı, gəldi dedi ki, “Rəis, çox pis yazıblar”. Məndə açıq deyim, o qədər vaxt yoxdu, tutum bütün qəzetləri oxuyam, dedim “Nədi, yenə nəisə demək istiyirsən?”. Dedi “Yox ey rəis, yazıblar ki, öldü”. Qəzeti də gətirmişdi. Qəzeti verdim özünə, qaytardım ki, oxumuram. Amma insanıq də, maraqlandım, qəzeti aldım, gətirdim. Birinci səhifədə, yəqin satılmaq üçün, “Bakı metropoliteninin rəisi Tağı Əhmədov öldü” yazı başlığı, ikinci səhifədə böyük bir nekroloq – onları öz ardıcıllığı ilə özüm də düzə bilməzdim məndən soruşsaydılar, onlar elə ardıcıllıqla düzmüşdü – harda oxumuşam, haranı qurtarmışam, hətta gör nə qədər maraqlıymış ki, zəng edib Mahmud Kərimovdan soruşub ki, hansı temadan müdafiə edib... Və demək olar ki, mərhumla vida YAP Yasamal rayon təşkilatında olacaq. Vida mərasiminə gələnlər gəlsin... Mətbuat işçilərinin hamısından küsürəm ki, heç biri vidaya gəlmədi... Bu barədə açıq desək çox cəhd olundu ki, o rayon məhkəməsi... Dedim mən məhkəməyə vermirəm! Məhkəməyə vermək nə deməkdir, deməli mən nə cür hərəkət eləsəm, o hərəkət yerinə yetəcək. Ona görə də buna ehtiyac yoxdu, bu onun öz vicdanına. Amma bir şey də var ki, maraqlandım bir buna zəng elədim. “Salam”, “Salam”... “Tağı müəllim necəsən?”, dedim “Başa düşmürəm, sənin o dünya ilə rabitə əlaqən-zad var? Mən ölmüşəm, ordan zəng edirəm, sən hardan danışırsan?”...
Söhbət bundadır ki, bu cür 89 qəzet reketdir, bayaq dedilər ki, mətbuat çox inkişaf edib, mətbuat çox inkişaf edibsə bə 89 dənə qara qəzet var. Və eyni zamanda o qəzetin işləyən müxbiri bir də görürsən ki, yol tapır o biri qəzetlərdə də özlərinə yer tapır, yəni keçir ora. Həmin o müxbirdir də, şəkil dəyişir. Qəzet bağlanır, amma müxbir hələ müxbirdir.
İkinci bir hal – bu mənim müavinim gəldi, gördüm dil-dodaq əsir. Noolub? Dedi, “Yazıblar ki, Arif Rəsulovun evini yarıblar, arvadını da tapıblar evdə, qapını bağlayıblar”. Belə bir şey yoxdur, aydın məsələdir. Nuşirəvan müəllimə zəng elədim, dedi biz internetdə heç nəyə müdaxilə edə bilmərik. Mətbuat mərkəzi olaraq, rəhbər olaraq Nuşirəvan müəllim dedi heç nə edə bilmərik. Zəng elədim Əli müəllimə - “Əli müəllim, bü cür biabırçılıq düz deyil, heç bir yerə sığışmır”. Əli müəllimin müdaxiləsindən sonra götürüb saytdan çıxartdılar. Amma gəlin hər kəsin mənliyi var, hər kəsin şəxsiyyəti var. Hər kəs istiyər ki, bəli, hər şey düz olsun.
Sonra... istər televiziya, istər mətbuat işçiləri... İşıq keçən vaxtı 22 sostav qalıb tuneldə. 22 sostav! Gəl, indi mən istəyirsən metropoliten rəisi olmayım, kim oluram olum. Məndə sizin kimi bir adam – mən nə bilim orda nə qədər adam qalıb? Mikrofonu uzadır – “Nə qədər adam qalıb orda?”, deyirəm “Sən bildiyin qədər”. “Yox, mən bilmirəm, nə qədər adam qalıb orda?”. Mən də dedim “İki nəfər yarım”. Gülməli suala gülməli cavab verərlər. Və eyni zamanda deməli, informasiya getdi ki, bəs yaralananlar çoxdu, ölənlər də var. Dövlətin başçısı birbaşa əlaqə saxladı, nə vəziyyətdir orda – dedim “22 sostav qalıb, sostavın hər birində demək olar ki, 200 nəfərdən artıq adam olmaq şərti ilə təqribən çıxartmışıq”, dedi ki, “Onda mətbuat nə yazır?”, dedim “Mətbuat bilmirəm nə yazır, amma bir nəfərin burnu da qanamayıb, nə ölən, nə yaralananlar var”. Bu, istər mətbuat olsun, istər televiziya olsun... Ona görə də bu cür çaxnaşmanı yaratmaq, bu cür sözləri demək...Ona görə də həqiqət hər şeydən üstündür. Bu gün kimliyindən asılı olmayaraq həqiqəti deyirsənsə, buyur.
İkinci... mətbuatdan hardansa götürür telefonu, çox gözəl hamı biri-birinə nömrəni ötürür. Zəng eliyir. Telefonu qaldırmıram. Sonra deyir “Telefonu niyə götürmürsən?” Telefon şəxsidir və mənimdir. Xidməti telefonuma zəng edirsənsə, qaldırmıram – günahkaram, katibəyə zəng edirsən – qaldırmıramsa – günahkaram. Ancaq, bu mobil telefon şəxsidir. Mən bunu götürə də bilərəm, götürməyə də - bu mənim şəxsi işimdir. Amma qaldı ki, müəyyən dərəcədə mən bütün jurnalistlərdən, bütün mətbuatdan hər şeyi açıqlamasıynan, hər şeyi düzgünlüyüynən, heç kəs inciməz.
Çox xətrini istədiyim bir redaktordu, əyləşib burda. Anons yazıb “Tağı müəllimin gəlini ermənidir”. Çox fikirləşdim, baxdım ora, dedim qardaşımın qızıdır. Bir qız tapmışdım oda... Dedim erməniliyi hardandır. Götürdüm zəng elədim, dedim ki “İstiyirsən doğum haqqında şəhadətnaməsini faksla verim?”, dedi “Yox, lazım deyil. Ancaq elə bir yerdən məlumat sızdırıblar ki, buna inanıram”...
Bir də bir yerdə yazmışdılar “Tağı müəllim xaricə gedirki, çox üzr istiyirəm hamınızdan, olan sözdü - qəzetdə var, Sevil xanıma pul versin, yerində qalsın”. Zəng elədim dedim “onda xahiş eliyirəm bir dənə də yaz ki, Sevil xanım gəlir. Çünki şenqen vizasıynan, İngiltərə vizası fərqlidir. Dedim onda yaz ki Sevil xanım gəlir bura, çünki mən İngiltərəyə gedə bilmərəm, mənim vizam yoxdu. Deməli o gəlir bura”...
Bütün bunları açıqlamasıyla deməkdə məqsəd nədir. Məqsəd birdir. Hamımız zərbəni bir yerə vursaq, hamımız işimizi bir yerdə görsək... mənim bu gün həddindən artıq çox işim var. Həddindən artıq. Özüdə inanın, səmimi qəlbdən deyirəm. Bu bir qəzet döyl, bir dənə metronu elə-belə gəzin. Metro elə , Fazil Salayev demişkən “Gəldi belə, getdi belə”... bu metro deyil. Metronun 100 dənə dərdi var. Amma imkan vermirlər ki , çalışasan...
Bu yaxında metro 20 qəpik olub. 20 qəpi oldu , da zəng zəngin dalınca. Qardaş, mən hər ay məlumat verirəm ki, bir nəfər sərnişin neçəyə gedir. Tarif Şurası istədiyi vaxt qiyməti qaldıra da bilər. Mən icraçıyam. Onu icra eləməliyəm, bu mənim 1 nömrəli borcumdur. Amma bir də görürsən ki, hücum çəkildi, “Tağı xahiş edib qiyməti qaldırıb”. Birinci növbədə, yəqin ki mətbuat işçisi olaraq, redaktor olaraq hamınız bilirsiz ki, xaricdə hansı bir dövlət olur-olsun 2 avrodan aşağı yoxdur – 1 avro 17 sent, 2 avrodur. Bəzən İngiltərədə 6 funt sterlinqə. Bu gün dünyada ən ucuz metro Bakı metrosudur. Metropolitendən şikayət yaza bilərsiniz təmizliyi yoxdursa, metropoliten işçilərindən yaza bilərsiniz... İndi bir balaca sıxlıq yaranır. O da zarafat deyil, bir gündə 650 min sərnişinə metronun hardasa 5000 adamı cavab verir. Yəni bunun hər birinin burnu da qanasa cavab verir, hər hansı neqativ hal olsa cavab verir. Ona görə də mən bütün mətbuat işçilərin hamısına can sağlığı arzulayıram. Hamınızdan da bircə arzum var ki, həqiqəti yazsınlar. Bircə dənə də şrift deməyi də unutmuram ki, 1961-ci ildə çoxunuz anadan olmamışdınız, mən “Şərq qapısı” qəzetində müxbir işliyirdim. Hüseyn İbrahimovnan yaxşı tanıyarsız. Həmin o qəzetdəydim. Yəni demək istiyirəm, tələbə ikən də müxbir olmuşam, yazmışam , amma həqiqəti, gördüyümü, yoxsa yalan-palandan durub yazmaq lazım döül. Və yəqin ki məni işdən çıxarıb eləsələr Vüqar müəllim, birbaşa qəzetə gedəcəm.