“Metil spirti” içib ölənlərlə bağlı açıqlama

metil-spirti-icib-olenlerle-bagli-aciqlama
Oxunma sayı: 4623

Mart ayının 21-dən “metil spirti” içən 9 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Bu barədə “Qafqazinfo”ya məlumatı TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva verib. Onun sözlərinə görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərdən 4-ü ölüb, 5-nin isə vəziyyəti stabildir.

Qeyd edək ki, metanolun daxilə qəbulu təhlükəlidir. 5-10 ml metanol ağır zəhərlənmə və korluq törətməyə qadirdir, 30 ml isə ölümcül ola bilər.