Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın milli rəqəmsal media təhlili platformasının - “Metrix.az” layihəsinin təqdimat mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov müxtəlif istiqamətlərdə həyata keçirilən islahatların davamı olaraq onlayn media subyektləri üçün əlavə reklam fürsətlərinin yaradılmasında media təhlili platformasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, milli sayğac vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları üçün etibarlı data baza formalaşdıracaq.
Medianın İnkişafı Agentliyinin onlayn media və rəqəmsal marketinq üzrə eksperti Fəxri Eminov media təhlili platforması - “Metrix.az” layihəsinə dair təqdimatla çıxış edib.
Qeyd edək ki, “Metrix” təhlil platforması 50-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və müxtəlif digər statistik məlumatları özündə ehtiva edir.
Tədbir panel müzakirələrlə davam edib.
***
Medianın İnkişafı Agentliyinin Kommunikasiya Şöbəsinin müdiri Səidə Şəfiyeva bildirib ki, Agentlik müxtəlif istiqamətlərdə keçirdiyi islahatların davamı olaraq onlayn media subyektləri üçün də əlavə reklam fürsətlərinin yaradılması istiqamətində işlər görməkdədir: "Agentlik bu sahədə ixtisaslaşmış portnyorları ilə birgə bu gün Azərbaycanın milli rəqəmsal təhlil platforması olan "metrix.az" layihəsini təqdim edir. Bu platforma ölkədə 50-dən çox yerli sayt və eyni zamanda sorğular vasitəsilə ölkəmizdə ən çox oxunan xəbərləri, günün trendləri və müxtəlif statistik məlumatları özündə ehtiva edir. Deyə bilərik ki, bu biznes stukturları üçün etibarlı data baza kimi hesab oluna bilər".
Eldar Tanrıverdi
Müzəffər İsmayılov



Son xəbərlər
Son Xəbərlər