Metro istifadəçilərinə şad xəbər

metro-istifadecilerine-sad-xeber
Oxunma sayı: 3253

Bu gün Bakı Metropoliteninin bənövşəyi xətt üzrə ilk iki stansiyası istifadəyə veriləcək.

“Qafqazinfo”nun məlumatına görə, “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında tikinti işləri başa çatdırılıb. Artıq bu gündən etibarən stansiyaların sərnişinlərin istifadəsinə veriləcəyi gözlənilir.

Qeyd edək ki, “Avtovağzal” stansiyasının tikintisinə 2009-cu ildən başlanmışdı. Stansiyanın 8 giriş-çıxışı nəzərdə tutulub. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb.

“Memar Əcəmi-2” stansiyası 5 mərtəbədən ibarətdir, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılacaq.

Bu stansiyaların açılışı ilə Bakı Metropolitenini stansiyalarının sayı 25-ə çatacaq.