“Qafqazinfo” xəbər verir ki, bu barədə milli.az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, stansiyada mərmərlərin dəyişmə prosesi gedir:
“Bilirsiniz ki, Bakıda bəzi keçidlər təmirdədir. Hal-hazırda yerə döşənmiş mərmərlərin dəyişmə prosesi gedir.
Bu səbəbdən "Gənclik" metrosunun çıxışlarından biri bağlanıb, digərləri isə işlək vəziyyətdədirlər. Qapalı olan giriş-çıxış Tofiq Bəhramov adına stadion tərəfdə olandı.
Həftə sonu sərnişinlərin azlığından istifadə edərək sözügedən giriş-çıxış bağlanıb”.
Nəsimi Paşayev əlavə edib ki, təmirə dayanan çıxış gələn həftənin ilk iş günündə istismara veriləcək.
Son xəbərlər
Son Xəbərlər