Metro nə vaxt açıla bilər?

metro-ne-vaxt-acila-biler
Oxunma sayı: 6050

“Ötən il olduğu kimi fikirləşə bilmərik ki, rayonlara səyahət edəcəyik, qohumlarımıza baş çəkəcəyik”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, turizm və otelçiliklə bağlı qaydalar hazırlanır, təsdiqləndikdən sonra yayımlanacaq: “İctimai nəqliyyat - metro, marşrut və taksilərdə davranış qaydaları tətbiq olunacaq. Növbəti bir il həyatımız pandemiyadan əvvəlki kimi olmayacaq”.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov əlavə edib ki, Bakı Metropoliteninin açılması müzakirə olunur: “Ola bilər növbəti həftələrdə qərar olsun. Qərar verilən kimi ictimaiyyətə açıqlanacaq”.

Murad Əhməd