İyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.
Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, bu maddə ilə təqsirləndirilən şəxslərin cinayəti törətdiyi sübuta yetirilərsə, onları 5 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yalan məlumat verən şəxs Salyan rayon sakinidir. Onun içki aludəçisi olduğu, bundan öncə polisə yalan məlumat verməklə oxşar cinayətlər törədib. “Metro Park”a bomba qoyulması haqda məlumatı verərkən də sərxoş vəziyyətdə olub.
Son xəbərlər
Son Xəbərlər