Metro və avtobusların fəaliyyəti dayandı

metro-ve-avtobuslarin-fealiyyeti-dayandi
Oxunma sayı: 2194

Xəbər verdiyimiz kimi, bu gündən etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində sərt karantin elan olunub. 

“Qafqazinfo” xəbər verir ki, qərara əsasən, bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq. 

Burada xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisnadır.