Metro yenidən bağlana bilər

metro-yeniden-baglana-biler
Oxunma sayı: 4553

“Metroda sosial məsafə qorunmasa virusa yoluxanların sayı artacaq”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov deyib. 

O bildirib ki, belə olan halda metro da bağlana bilər: “Hər şey ola bilər. Buna görə də sosial məsafə qorunmalıdır”.

Sədr müavini Hidayət Məmmədov isə əlavə edib ki, Bakı Metropoliteninin yaşı 65-dən yuxarı olan əməkdaşları işə cəlb olumayacaq.

Murad Əhməd