Metroda 17 nəfərin halı pisləşib, 5 nəfər xəstəxanalıq olub

metroda-17-neferin-hali-pislesib-5-nefer-xestexanaliq-olub
Oxunma sayı: 4029

Dövlət tibb müəssisələri və SN Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, xüsusi briqadalar ayrılaraq metroların qarşısında yerləşdirilib:

“Bu saata kimi 103 xidmətinə 17 müraciət daxil olub. Əksəriyyətinə yerində lazımi tibbi yardım göstərilib. 5 nəfər profilaktik məqsədlə xəstəxanalara yerləşdirilib. Həyati təhlükəsi olan yoxdur”.