Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində metroda qadının çantasını alıb qaçmaqda təqsirləndirilən Bəxtiyar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə B.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il yanvarın 25-də Bakı şəhər sakini Yaqut Dadaşovanın içərisində 33 manat, sənəd və mobil telefonu olan pul kisəsini soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Astara rayon sakini Bəxtiyar Əliyev tutulub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər