Metroda daha bir problem

metroda-daha-bir-problem
Oxunma sayı: 2415

Bakı metrosunda texniki nasazlığa görə sərnişinlər qatardan düşürülüb.

Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya bildirib ki, səhər saatlarında Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatar Memar Əcəmi stansiyasında hərəkəti dayandırıb:

“Texniki səbəblərdən maşinist qatara baxış keçirmək üçün “Memar Əcəmi” stansiyasında sərnişinləri düşürüb. Qatar stansiya dalanına çəkilib, əvəzinə depodan qatar xəttə buraxılıb”.