"Qafqazinfo" Milli.Az-a istinadən xəbər verir ki, "Həzi Aslanov" - "İşərişəhər" istiqamətində hərəkət edən qatar "Gənclik" və "28 May" stansiyaları arasında tuneldə dayanıb. Bu zaman 20-22 yaşlı bir oğlan 35 yaşlarında xanıma söykənib. Qadın səs-küy salaraq etirazını bildirib. Qatar platformaya yaxınlaşan kimi bir neçə gənc həmin oğlanı vaqondan düşürüb. Xanım onu polisə vermək istəsə də, həmin oğlanlar buna icazə verməyib adamı metrodan çıxarıblar.
Xatırladaq ki, dünən də metroda oxşar hadisə baş vermişdi.
Son xəbərlər
Son Xəbərlər