“Hazırda sərnişinlərin daşınması üçün çəkilən xərc indiki gedişhaqqından azı 2 dəfə çoxdur. Lakin gedişhaqqının artırılması məsələsinə Taarif Şurası baxır. Gediş haqqıların artımı üçün metropoliten tərəfindən Taarif Şurasına müraciət daxil olmayıb”, - deyə Nəsimi Paşayev bildirib.
Qeyd edək ki, ötən gün şəhərətrafı və qəsəbələrarası marşrutda gedişhaqqılarında artım olub. Sosial şəbəkələrdə isə yaxın günlərdə metropolitendə də gediş haqqıların artacağı barədə söz-söhbət yayılıb. Hətta bəzi fikirlərə görə, “28 May” stansiyasının yeni təmirdən çıxdıqdan sonra metroda gedişhaqqı 30 qəpik olacaq.
Son xəbərlər
Son Xəbərlər