Metroda həlak olanların ailəsinə 1 milyon veriləcək

metroda-helak-olanlarin-ailesine-1-milyon-verilecek
Oxunma sayı: 713

Rusiya baş naziri Dmitri Medvedev aprelin 3-də Sankt-Peterburq metrosunda törədilmiş terror aktı nəticəsində həlak olan və xəsarət alanların ailələrinə maddi yardım göstərilməsini nəzərdə tutan sərəncam imzalayıb. 

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, sərəncamda bildirilir ki, Sankt-Peternurq hökumətinə ölkənin ehtiyat fondundan 50 milyon rubl, həlak olanların ailələrinə 1 milyon rubl, ağır yaralananlara 400 min rubl, yüngül xəsarət alanlara isə 200 min rubl ayrılıb.  

Xatırladaq ki, Sankt-Peterburq metrosunda törədilmiş terrakt nəticəsində 14 nəfər ölüb, 51 nəfər yaralanıb. 20 yaşlı azərbaycanlı Dilbər Əliyeva faciə qurbanı olub, 28 yaşlı Zaur Vəliyev isə ağır yaralanıb.