Metroda huşunu itirdi

metroda-husunu-itirdi
Oxunma sayı: 1680

Bu gün səhər saat 08.20 radələrində "Bakı metropoliteni"nin "Nərimanov" stansiyasında daha bir sərnişin metrodakı basırıq və həddən artıq istinin, bürkünün "qurban"ı olub.

"Qafqazinfo" Milli.Az-a istinadən xəbər verir ki, 23-25 yaşlarında xanım metroda qatar gözləyərkən qəflətən huşunu itirərək yerə yıxılıb.

Ətrafdakı sərnişinlər və hadisə yerinə gəlmiş polislər xanımı təcili yardım heyətinə təhvil veriblər.