Metroda işıqlar söndü, qatarların hərəkəti dayandı

metroda-isiqlar-sondu-qatarlarin-hereketi-dayandi
Oxunma sayı: 2888

“Nizami-20 Yanvar” sahəsi stansiyalarının işıqlanmasında qısamüddətli texniki problem yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, yaranan problemə səbəb Bakı metropoliteninə gələn elektrik enerjisi xətlərindən birində gərginliyin itməsi olub:

“Qatarların hərəkətinə ciddi təsir etməyib. 2 dəqiqəyə qədər ləngimə baş verib. Qatarların hərəkətində heç bir məhdudiyyət yaranmayıb, stansiyaların işıqlandırılması qısa müddətdə bərpa olunub”.