Metroda nasazlıq yarandı

metroda-nasazliq-yarandi
Oxunma sayı: 1799

Bakı metrosunun "Dərnəgül" stansiyasında qatarda texniki nasazlıq yaranıb.

Bu haqda “Qafqazinfo”ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Bildirilib ki, köməkçi qatar verilib və qatar ehtiyat yola keçirilir:

Xəbəri rus dilində oxuyun: Неполадки в Бакинском метро

"Digər marşrutlar üzrə qatarlar "Memar Əcəmi" və "Azadlıq prospekti" stansiyalarından dönmə edərək, sərnişindaşıma prosesini davam etdirirlər. Memar Əcəmi" stansiyasına qədər olan sahədə intervaldan əlavə fərq 8-10 dəqiqə arası təşkil edib.

Hazırda hərəkətin tam tənzimlənməsi işi aparılır. İntervallar qısa müddətdə bərpa olunacaq".