"Qafqazinfo"nun Movqe.az-a istinadən verdiyi məlumata görə, saat 10:25 radələrində metronun Koroğlu stansiyasında qatarın hərəkəti dayandırılıb. 9 dəqiqəlik fasilədən sonra hərəkət yenidən bərpa edilib. Növbəti qatarın gəlişi arasında intervalın 7 dəqiqə çəkməsi metronun Koroğlu stansiyasında sıxlıq yaranıb.
Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Movqe.az-a açıqlamasında bildirib ki, yaranmış fasiləyə səbəb qatarda kənar səsin eşidilməsi olub: "Qatar Həzi Aslanovdan yenicə hərəkət edəndə kənar səs eşidilib. Təhlükəsizlik baxımından qatarın hərəkəti Əhmədli stansiyasında dayandırlıb və sərnişinlər vaqondan boşaldılıb.Ümumilikdə qatarın hərəkət qrafikində 9 dəqiqə gecikmə olub. Qatar baxış üçün depoya göndərilib".
Son xəbərlər
Son Xəbərlər