Metroda problem- - Sərnişinlər yenə də qatardan çıxarıldı + Yenilənib

metroda-problem-
Oxunma sayı: 2467


"Qafqazinfo" xəbər verir ki, Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatarda problem yaranıb. Belə ki, sərnişinlər İnşaatçılar stansiyasında təxliyyə olunub. 

Buna səbəb isə qatarın qapılarının bağlanmaması olub. Sərnişinlərin qatardan boşaldılması isə hazırda sıxlığa səbəb olub.

Qeyd edək ki, son günlər qatarlarda tez-tez nasazlıqlar müşahidə olunur. Hətta sonuncu dəfə Koroğlu stansiyasında qatar tüstüləmişdi.

***

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev  “Qafqazinfo”ya deyib ki, “İnşaatçılar” metrostansiyasında qatarın yalnız sonuncu vaqonunda problem olub və bir qapı bağlanmayıb. Buna görə də sərnişinlər təxliyə olunub və qatar depoya göndərilib.