Metroda problem yarandı

Metroda problem yarandı
Oxunma sayı: 2741

Bakı Metropolitenində qatarların hərəkətində gecikmələr yaranıb. 

Bu barədə “Qafqazinfo”ya Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. 

O qeyd edib ki, “N. Nərimanov”- “Ulduz” yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini  təmin edən sxemdə baş vermiş nasazlığa görə Metropoliten xətlərində qatarların hərəkətində gecikmələr olub:

"Bəzi qatarlarda intervaldan əlavə olaraq 2-3 dəqiqə gecikmə müşahidə olunub”. 

B. Məmmədov həmçinin bildirib ki, bir neçə qatar isə qrafik üzrə interval göstəricisinə uyğun hərəkət edib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi