Metroda qadının çantasını oğurlayan tutuldu

metroda-qadinin-cantasini-ogurlayan-tutuldu
Oxunma sayı: 749

Ötən ay metroda oğurluq edən şəxs tutulub.

"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, aprelin 7-də metronun "20 Yanvar" stansiyasında Bakı şəhr sakini Rəvanə Yusifovanın içərisində eynək, kosmetik əşyalar və mobil telefon olan çantası oğurlanıb. 

Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Cəlal Məmmədov tutulub.