Metroda sərnişindən gözlənilməz hərəkət

metroda-sernisinden-gozlenilmez-hereket
Oxunma sayı: 4196

Bakı Metropoliteninin “28 May” stansiyasında həyəcanlı anlar yaşanıb.

Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov “Qafqazinfo”ya bildirib ki, saat 14:11-də bir nəfər əşyası düşdüyü üçün gözlənilməz halda relslərin üzərinə tullanıb:

“Bakı Metropoliteninin qaydalarına görə, bu kimi hallar yolverilməzdir. Bu səbəbdən də həmin şəxs hüquq mühafizə orqanlarına təhvil verilib. Vəziyyəti yaxşıdır”.