Metroda xuliqanlıq edən 5 nəfərlə bağlı cinayət işi başlanıldı

metroda-xuliqanliq-eden-5-neferle-bagli-cinayet-isi-baslanildi
Oxunma sayı: 5305

Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən  polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov və Taleh Baxşıyev saxlanılıblar.

Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanmış, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.