Metrodakı partlayışda azərbaycanlıların olub-olmadığı araşdırılır

metrodaki-partlayisda-azerbaycanlilarin-olub-olmadigi-arasdirilir
Oxunma sayı: 633

Rusiyanın Sankt-Peterburq şəhər metrosunda baş vermiş partlayış nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib. O deyib ki, konsulluq ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını müvafiq qurumlarla dəqiqləşdirir.