Metrodakı partlayışda yaralanan Zaur - Azərbaycanlıdır + Yenilənib

metrodaki-partlayisda-yaralanan-zaur
Oxunma sayı: 760

Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində yaralananların ilkin siyahısı açıqlanıb.
 
“Qafqazinfo”nun “Life.ru”ya istinadən verdiyi məlumata görə, 16 nəfərin adının qeyd olunduğu siyahıda azərbaycanlı olduğu ehtimal olunan 28 yaşlı Zaur Vəliyev də var. 
 
 Xatırladaq ki, partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.

***

Sankt-Peterburq metrosunda baş verən terror aktında yaralananlar arasında azərbaycanlının olduğu təsdiqlənib.
 
Bu barədə APA-nın Rusiya bürosuna Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev məlumat verib. O, yaralının 28 yaşlı Zaur Vəliyev olduğunu söyləyib.
 
E. Həmzəyev həmyerlimizin Peterburqun İ.Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasına yerləşdirildiyini bildirib.
 
Xəstəxanadan verilən məlumata görə, Zaur Vəliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.