“2005-ci ildən bu günədək Bakı şəhərində 968 avtobus yenilənib. Bunlardan 724 avtobus BNA-ya, 244 avtobus özəl daşıyıcılara məxsusdur”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2020-ci il ərzində 119 avtobus yenilənib. Bunlardan 115 ədədi dövlət hesabına, 4-ü isə özəl şirkətlər tərəfindən yenilənib.
V. Kərimli bildirib ki, ötən il metronun bağlanmasından sonra avtobuslara tələbat artıb. Həyata keçirilən tədbirlər nəticəsində istismarda olan avtobusların 46 faizi yenilənib. Həmçinin paytaxtda olan avtobuslar CNG ilə işləyir.
5 il ərzində 1680 marşrut avtobusu təmir edilərək yenilənib. Ümumilikdə həmin avtobuslarda gündəlik olaraq 2 milyondan çox sərnişin daşınır.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər