Metronun çıxışında ölüm…

metronun-cixisinda-olum
Oxunma sayı: 1443


Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, metronun "Elmlər Akademiyası" stansiyasının çıxışında siqaret satan kişi ölüb. Təxminən 40-45 yaşlarında kişi qəfildən yıxılaraq dünyasını dəyişib. Əraziyə polis və tibbi yardım xidmətinin əməkdaşları cəlb olunublar. 

Trend-in məlumatına görə, vəfat edən Ağdam rayonundan olan 1948-ci il təvəllüdlü Vidadi adlı şəxs olub. O, ürək tutmasından dünyasını dəyişib.

Xatırladaq ki, dünən metronun "Gənclik" stansiyasında 61 yaşlı kişi ürəktutmasından keçinmişdi.