Metronun iş rejimində dəyişiklik edilir

metronun-is-rejiminde-deyisiklik-edilir
Oxunma sayı: 3493

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək

Bu barədə “Qafqazinfo”ya “Baki Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, “20 Yanvar”, həmçinin Şəhidlər Xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında da gücləndirilmiş iş rejimi tətbiq olunacaq:

“Qeyri-iş günü olsa da, ehtiyat qatarlar xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaranacağı halda xəttə buraxılacaq.

Bütün ölkədə olduğu kimi, şəhidlərimizin xatirəsinə birdəqiqəlik sükut mərasimi 12:00-da Bakı metropoliteninin bütün stansiyalarında keçiriləcək və qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək. Bu məqsədlə xətlərdə olan bütün qatarlar stansiyalara çıxarılacaq.

Şəhidlərimizin xatirəsinə xüsusi ehtiram əlaməti olaraq, Yanvar ayının 20-si günün birinci yarısında “20 Yanvar” stansiyasının platformasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək. Bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə günün ruhuna uyğun vətənpərvərlik mövzusunda musiqi parçaları səsləndiriləcək. Qatarlarda stansiyaların adlarını maşinistlər səsləndirəcəklər”.