Metronun qarşısında motosikletlə qadını vurub öldürdü

metronun-qarsisinda-motosikletle-qadini-vurub-oldurdu
Oxunma sayı: 3082

İyunun 5-də paytaxtın Yasamal rayonu ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsinin S.Salayev küçəsi ilə kəsişməsində (metronun “Nizami” stansiyasının qarşısında) qeydə alınıb.

Belə ki, Faiq Qurbanəli oğlu Əlirzayev idarə etdiyi “Tufan” markalı motosikletlə orta yaşlı qadını vurub.

Ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Bildirilir ki, hadisə vaxtı motosiklet yüksək sürətlə hərəkət edirmiş.

Vəfat edən qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Motosiklet sürücüsü barəsində Yasamal RPİ-də cinayət işi açılıb, araşdırma gedir.