Metronun qrafiki dəyişir

metronun-qrafiki-deyisir
Oxunma sayı: 2418

Sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir.

Bu barədə “Qafqazinfo”ya Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O bildirib ki, yeni tədris ilinin başlanması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması proqnozlaşdırılır ki, bu da maksimum hərəkət ölçüləri - saatda 30 cüt qatar hərəkət qrafikinin istifadə olunması zərurətini doğurur: “ Bunları nəzərə alaraq sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir. Beləliklə, qatarların sayı artırılmaqla qatarlararası interval da azaldılır.

Belə ki, Həzi Aslanov - 28 May stansiyaları arasında hərəkət intervalı 2 - 2.5 dəqiqə (pik və qeyri-pik saatlarda) olacaq 28 May - Dərnəgül və 28 May - İçərişəhər stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq”. Qeyd edək ki, iyul ayından Bakı metrosunda "yay qrafiki" tətbiq edilirdi. Belə ki, xətlərdə saatda 24 cüt qatar tərkibi hərəkət edirdi və qatarlararası interval artırılmışdı.

Günel Türksoy