Metronun yeni rəisi jurnalistlərlə görüşəcək

metronun-yeni-reisi-jurnalistlerle-gorusecek
Oxunma sayı: 1465



Bunu AzVision.az-a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva deyib. 

Onun sözlərinə görə, hazırda qurumda struktur dəyişiklikləri həyata keçirilir:

“Mətbuatda gedən məlumatların heç bir əsası yoxdur. Zaur müəllim jurnalistlərdən niyə qaçsın ki? Hazırda qurumda struktur dəyişikliyi həyata keçirilir. Nizamnamə, əsasnamə dəyişilir. 1-2 ay vaxt lazımdır ki, bu işlər sona çatsın. Bundan sonra Z.Hüseynov jurnalistlərlə görüşəcək”-deyə, N.Tanrıverdiyeva əlavə edib. 

Qeyd edək ki, mətbuatda "Bakı Metropoliteni” QSC-nin yeni rəisi Zaur Hüseynov barədə tez-tez məlumatlar dərc edilir. Bildirilir ki, Z.Hüseynov mətbuata qapalı adamdır və jurnalistlərdən qaçır.