“MetroPark”dan kütləvi zəhərlənmə ilə bağlı- - Açıqlama

metroparkdan-kutlevi-zeherlenme-ile-bagli-
Oxunma sayı: 3548


“Qafqazinfo” xəbər verir ki, bu barədə report-a ticarət mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin meneceri Anar Zeynalov məlumat verib. A.Zeynalov bildirib ki, bir neçə gün öncə ticarət mərkəzində baş verən zəhərlənmə hadisəsi qaz sızması ilə bağlı olmayıb: “Buna səbəb yaxınlıqdakı yaşayış binasının qazanxanası olub. Həmin qazanxananın yeri düzgün nizamlanmayıb, qazanxana işə salınarkən “MetroPark” üçün təhlükə yaradır”.

A.Zeynalov qeyd edib ki, aprelin 12-də “MetroPark”da baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalar davam edir. 

Qeyd edək ki, aprelin 12-də “MetroPark” Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib. Hadisə yerində 30 nəfərə ilkin tibbi yardım göstərilib, 15 nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.