Bu barədə “Qafqazinfo”ya açıqlama verən Bakı Metropoliteni QSC-nin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, yay aylarında xəttə 24 qatar buraxılırdısa, qış qrafikinə keçidlə əlaqədar qatarların sayı 30-a çatacaq: “ Qatarlar arası intervallar da azaldılacaq. 1,5-2,5 dəqiqə interval olacaq”.
N. Paşayev “28 May” metrosunun girişinin nə vaxt istifadə veriləcəyi barədə də danışıb. Qeyd edib ki, metronun girişinin açılma tarixi məlum deyil:
“Bəzi texniki məsələlər qalıb. Onlar yekunlaşdıqdan sonra giriş sərnişinlərin istifadəsinə veriləcək”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər