Futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə əlaqədar Bakı metropoliteni oyunun keçirildiyi 29 may və 30 maya keçən gecə gücləndirilmiş iş rejimində çalışıb.
“Qafqazinfo” Bakı Metropolitenin saytına istinadən xəbər verir ki, paytaxt sərnişinləri və qonaqlarının təhlükəsizliyini, rahat hərəkətini təmin etmək məqsədilə əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb olunub. Olimpiya stadionunda oyunu canlı izləyən tamaşaçıların metropolitendən istifadəsi tam şəkildə təmin edilib. Metro stansiyaları saat 4:00-a qədər sərnişinlərin girişinə açıq olub. Səhər saat 5:00-a kimi bütün sərnişinlər mənzil başına çatdırılıb.
Son xəbərlər
Son Xəbərlər