Metropoliten işçiləri imtahan verdi

metropoliten-iscileri-imtahan-verdi
Oxunma sayı: 3159


“Qafqazinfo”ya daxil olan məlumata görə, kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, xidməti fəaliyyətin qiymətləndirilməsi, işçilərin təklif və rəylərinə baxılması və digər müvafiq işlərin təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ilin yanvar ayında ”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində Kadr komissiyaı yaradılıb. Cəmiyyətdə kadrların yerləşdirilməsində, vəzifə irəliləyişində əsas prinsiplər namizədin ixtisasına uyğun bilik səviyyəsi, təyin olunacaq vəzifə və ya peşəyə uyğun əmək stajı, peşə bacarığıdır. Komissiya namizədlərin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, karyera yüksəlişinə layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaflıq əsasında müsabiqə keçirilməsini təmin edir. Müsabiqə iki mərhələli olmaqla, test imtahanından və müsahibədən ibarətdir. 13.02.2015-ci il tarixində komissiyanın ilk imtahanı keçirilib. İmtahanda vəzifə və peşə dəyişikliyi ilə bağlı Hərəkət Xidmətinin 28 nəfər əməkdaşı iştirak edib. Test imtahanından müvəffəqiyyətlə keçən işçilər müsabiqənin ikinci mərhələsinə buraxılacaqlar.