Metropolitenin yeni rəisi kimdir?- - Arayış

metropolitenin-yeni-reisi-kimdir-
Oxunma sayı: 23668


Bu gün prezident İlham Əliyevin sərəncamı ilə yeni yaradılan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə Tağı Əhmədovun vəzifəsinə sədr təyin olunan Zaur Mirtofiq oğlu Hüseynovun kimliyi maraq doğurur.

“Qafqazinfo” bununla bağlı kiçik araşdrıma aparıb. İlk olaraq qeyd edək ki, nə google, nə də başqa axtarış sistemlərində yeni sədrlə bağlı heç bir informasiya yoxdur.

Lakin onun haqqında bir cümləlik informasiyanı əldə edə bilmişik. Məlumata görə, 1964-cü ildə Bakı şəhərində anadan olan Zaur Hüseynov Bakıelektrikşəbəkə" ASC-nin sədri Baba Rzayevin müavini olub. O, 2007-ci ildən bu postda çalışıb.