Metsamor AES-in fəaliyyəti müvəqqəti dayandırıldı

metsamor-aes-in-fealiyyeti-muveqqeti-dayandirildi
Oxunma sayı: 1378

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti bir müddətlik dayandırılıb. 

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, buna səbəb stansiyada təmir işlərinin aparılmasıdır. 

AES-in fəaliyyəti iyulun 18-i bərpa olunacaq.

Qeyd edək ki, Metsamor AES 1980-ci ildə istifadəyə verilib.