Mexikoda metro körpüsünün çökdüyü anın - Videosu

Mexikoda metro körpüsünün çökdüyü anın
Oxunma sayı: 1580

Meksikanın paytaxtı Mexikoda metro körpüsünün qatar keçərkən çökdüyü anın görüntüləri yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə anı müşahidə kamereları tərəfindən lentə alınıb.

Kadrlarda metro körpüsünün bir hissəsinin hərəkət edən qatarla birlikdə avtomobil yoluna çökdüyü görünür.

Qeyd edək ki, hadisə şəhərin cənub-şərqində, Olivos və Tesonko stansiyalarının ərazisində baş verib. Son məlumatlara görə, insident nəticəsində 15 nəfər həlak olub, təxminən 80 nəfər yaralanıb. 34 nəfər xəstəxanaya yerləşdirilib.

Metro körpüsünün yaxınlığındakı ərazi mühasirəyə alınaraq yalnız xüsusi xidmət avtomobillərinin keçməsinə icazə verilir. Xilasetmə işləri davam edir.