“Meydan gənclərindir, biz qocalara iş yoxdur”

meydan-genclerindir-biz-qocalara-is-yoxdur
Oxunma sayı: 2469

Hollivud ulduzu Bred Pitt “GQ- Australia” jurnalının siması seçilib.  “Qafqazinfo” xəbər verir ki, o, dərginin iyul-avqust sayı üçün kamera qarşısına keçib. 

Eyni zamanda müsahibə verən 55 yaşlı “Oskar” mükafatçısı Hollivuddan uzaqlaşacağını söyləyib: “İndi də kamera qarşısındayam və bundan zövq alıram. Amma bu iş get gedə çətinləşir. Ümumi olaraq deyə bilərəm ki, meydan gənclərindir, biz qocaldıq.  Daha yaşlı obrazlar üçün iş yoxdur.

Bundan əlavə, internet paylaşım platformalarını təqdir edirəm. Çünki daha keyfiyyətli işlər ortaya qoyurlar. Demək ki, istedadlı insanlar çoxdur”.