Bu gün jurnalist Cavid Abdullayevin kirayədə yaşadığı evdə axtarış aparılıb.
“Qafqazinfo” Turan-a istinadən xəbər verir ki, Meydan TV ilə əməkdaşlıq edən C.Abdullayevin evində aparılmış axtarış digər jurnalist Şirin Abbasovun işi ilə bağlıdır. Ş.Abbasova dünən 30 sutka həbs cəzası verilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalist C.Abdullayevin kompüterini, üç kamerasını və noutbukunu götürüblər.
Son xəbərlər
Son Xəbərlər