“Meydana revanş üçün çıxmışdıq” - Svanadze

meydana-revans-ucun-cixmisdiq
Oxunma sayı: 711

Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "İnter" "Rəvan" qarşılaşması baş tutub. Qarşılaşma meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qafqazinfo" xəbər verir ki, oyunsonrası mətbuat konfransında "İnter"in baş məşqçisi Zaur Svandze qarşılaşmanı şərh edib: "Futbolçularda yorğunluq var idi. Lazım olan qolları vurduq. Növbəti mərhələyə adladığımız üçün çox şadam Nizami Hacıyev oyun zamanı xəsarət aldı. Onunun durumunasabah aydınlıq gələcək. İndi, qarşıdakı oyunları fikirləşirik. Qarşılaşmaya revanş üçün çıxmışdıq".

"Vüqar Nadirov uzun müddət sonra qol vurdu. Onun haqqında fikirləriniz necədir?" sualına baş məşqçi belə cavab verib: "Vüqar çox çalışır. Amma, biz başqa komandalardan fərqli oyun sərgiləyirik. Biraz zamana ehtiyacı var".