“Meydançanın vəziyyətinin belə olması…”

meydancanin-veziyyetinin-bele-olmasi
Oxunma sayı: 904

Bu gün Topaz Premyer Liqasının XIX tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, "Kəpəz" doğma meydanda "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.

Gəncə şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti belə şərh edib:

““Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. “Kəpəz”lə oyunlarımızdakı məğlubiyyətlərin səbəbləri fərqlidir. “Kəpəz”lə ilk 2 oyunda komandamız yaxşı çıxış etmişdi, yaxşı oynamışdıq. Amma bu dəfə oyunumuz elə də yaxşı alınmadı. Bunu da biz buraya gəlməzdən öncə də bilirdik. Gəlib şahidi olduq ki, burada meydançanın vəziyyəti elə də yaxşı deyil və bu da bizim istədiyimiz oyunu göstərməyə mane olurdu. Bu cür meydançalarda adətən aqressiv futbola daha çox üstünlük verilir. Bu sahədə biz bir az geridə qaldıq. Düşünürəm ki, meydançanın belə olması məğlubiyyətimizin səbəblərindən biridir və hesabın belə olması ilə nəticələndi”.