Meydançaya ildırım düşdü, futbolçu öldü - Görüntülər

meydancaya-ildirim-dusdu-futbolcu-oldu
Oxunma sayı: 3848

İndoneziyada futbol matçı zamanı faciə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Marca” yayıb.

Bildirilib ki, “Persicas Subanq” klubunun 35 yaşlı futbolçusu oyun zamanı ildırım vurması nəticəsində ölüb.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, oxşar hadisə ötən ilin dekabrında Braziliyada da baş verib. Belə ki, futbol meydançasına düşən ildırım nəticəsində 21 yaşlı oyunçu vəfat edib, 6 nəfər isə yaralanıb.