“Meydanda can qoyurlar...” - Svanadze

meydanda-can-qoyurlar
Oxunma sayı: 880

Azərbaycan Premyer Liqasının XVI turunda baş tutan “Sumqayıt”“İnter” oyunu 2:2 hesablı bərabərliklə başa çatıb.

Qafqazinfo” xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında “İnter”in baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:

- Ümumilikdə, futbolçularımdan razı qaldım. Hər iki komanda yaxşlı futbol sərgilədi. Təəssüf ki, oyunun son dəqiqələrində qol buraxdıq, 2 xaldan məhrum olduq. Amma bunlar futbolda olur, növbəti oyunlarımıza hazırlaşmalıyıq.

- İki fərqli hissə izlədik. İlk hissədə hücumlarınız alınmasa da, ikinci hissədə yaxşı oynaya bildiniz. Bunun səbəbi rəqibin yorulması ilə əlaqədar idi, yoxsa Slavik Alxasovun oyuna daxil olması ilə?
- Fasilədə futbolçulara qalib gələ biləcəyimizi dedim. Tempi ikinci hissədə yaxşı artırdıq. Slavik də oyuna yaxşı qoşuldu.

- “Sumqayıt” 6 oyundu ki, məğlub olmur. Təcrübəli çalışdırıcı kimi bunu nə ilə əlaqələndirə bilərsiniz?
- Məşqçi işinə görə. Həm də futbolçuları meydanda can qoyurlar.