“Meydanda “döyüşdük”” - Ağayev

meydanda-doyusduk
Oxunma sayı: 1582

“Düşünürəm ki, biz yaxşı oyun göstərdik. Bu gün meydanda “döyüşdük”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Çelenc Cup”da 1/16 final mərhələsində Rumıniyanın “Ştiinta” klubuna məğlub olan “Azerreyl”in baş məşqçisi Famil Ağayev deyib. 

O bildirib ki, üstünlüklərini qoruya bilməyiblər: “Üç setdə qələbə qazandığımız üçün üstün idik və rahat şəkildə “Qızıl set”ə yollandıq. Amma rəqib üstünlüyü öz xeyrinə ələ aldı və qalib gəldi. Onları təbrik edirəm”.