Meyit qalıqlarının Bakıya göndərilməsi üçün müzakirələr aparılır

meyit-qaliqlarinin-bakiya-gonderilmesi-ucun-muzakireler-aparilir
Oxunma sayı: 640

Onun sözlərinə görə, hələ ki, meyitlərin kimə aid olduğunu müəyyənləşdirmək mümkün olmayıb.
“Hal hazırda bizdə geniş iclas aparılır. Cəsədlərin nə vaxt gətirilməsi ilə bağlı həmin məsələlər müzakirə edilir. Meyitlərin qalıqları gətirildikdən sonra eksperitizaya verəcəyik. Bundan sonra cəsədi təsdiqlənən ekipaj üzvü həlak olmuş, təsdiq olunmayan isə itkin düşmüş hesab olunacaq. İki saatdan sonra biz dəqiq biləcəyik ki, onlar Bakıya hansı təyyarə ilə nə vaxt gələcəklər", - deyə Adil Qasımov bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində həlak olmuş ekipaj üzvlərinin meyitlərinin qalıqlarının tapıldığı barədə məlumat yayılıb. Meyitləri Əfqanıstan Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində tapmaq mümkün olub.