Meyiti 44 gün sonra tapılan şəxslə bağlı açıqlama - Yenilənib + Fotolar

meyiti-44-gun-sonra-tapilan-sexsle-bagli-aciqlama
Oxunma sayı: 10244

Kür çayında batan şəxsin meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, 1975-ci il təvəllüdlü Məmmədov Eldəniz Mikayıl oğlunun meyiti sudan çıxarılıb.

Meyit eskpertizaya verilib.

Məlumat üçün bildirək ki, Tovuz rayon sakini Eldəniz Məmmədovun ötən ilin dekabr ayından itkin düşməsi ilə bağlı məlumat yayılıb.

***

2022-ci ilin dekabr ayında Tovuz Rayon Polis Şöbəsinə rayonun Qədirli kənd sakini Eldəniz Məmmədovun Kür çayında batması barədə məlumat daxil olub. 

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Qafqazinfo"ya bildirib.

Rayonun Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumların iştirakı ilə həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilib. Nəticədə vətəndaşın meyiti bu gün tapılaraq ekspertizaya təqdim edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır

Yunis Quliyev